Təyyarə qəzası 9 can aldı: 2-si uşaqdır

10:14 01.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Cənubi Dakota ştatında kiçik təyyarə qəzaya uğrayıb. 

Hafta.az gazeta.ru-ya istinadən xəbər verir ki, qəza nəticəsində 9 nəfər, o cümlədən iki uşaq həlak olub. Daha üç nəfər yaralanıb.

Telekanalın məlumatına görə, göyərtəsində 12 nəfər olan təyyarə Çemberlen aeroportundan havaya qalxdıqdan az sonra yerə çırpılıb. Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.